Müsavatın sabiq sədri ilə bağlı- - Bəyanat

musavatin-sabiq-sedri-ile-bagli-
Oxunma sayı: 1900


 “Qafqazinfo” xəbər verir ki,  bəyanatda deyilir:

“Partiyanın Tərtər rayon təşkilatının sabiq sədri, hüquqi yardım firmasının sahibi Xəqani Məmmədin şərlənərək polisə verilməsi və onun barəsində uydurma əsaslarla xuliqanlıq maddəsinə əsasən cinayət işi qaldırılmasından sonra Tərtər rayon məhkəməsində bu işə baxılarkən Xəqani Məmməd barəsində həbs olunmaq qərarı verilməmişdi.

Lakin işə çıxan prokurorun protesti əsasında dünən – 01 avqust 2014-cü il tarixində Gəncə Apellyasiya Məhkəməsi tərəfindən X.Məmməd barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilib. Siyasi sifarişlə 63 yaşlı X.Məmmədin xuliqanlıq maddəsi ilə həbs olunması rejimin Müsavat Partiyasına və bütövlükdə demokratik qüvvələrə qarşı repressiyaların davamıdır. Müsavat Partiyası X.Məmməd barəsində həbs qətimkan tədbirinin seçilməsini onun siyasi fəallığı ilə əlaqədar olduğunu bəyan edərək, onun barəsində qaldırılan uydurma cinayət işinə xitam verilərək dərhal azadlığa buraxılmasını tələb edir”.