Müsavatın sabiq üzvü və oğlu saxlanılıb

musavatin-sabiq-uzvu-ve-oglu-saxlanilib
Oxunma sayı: 1309


"Qafqazinfo" xəbər verir ki, bu barədə musavat.com-a Ə.Sadıqlının özü məlumat verib. Polislərin mane olmasına baxmayaraq, o, qısa da olsa, hadisə barədə danışa bildi: “Oğlum Tural və mənim fəaliyyətim barədə yəqin ki, məlumatınız var. Almaniyada keçirilən piketdən xəbəri olmayan yoxdur. Oradakı piketdə iştirak edən mühacirlərin Azərbaycanda yaşayan yaxınlarının həbsinə başlanılıb. Bu gün tezdən oğlumu saxladılar. Narkotik adı ilə. Sonra məni bölməyə çağırdılar. Dedilər ki, otur çayxanada, çağıranda gələrsən. İndi də məni şərləmək istəyirlər”.

Əlövsət Sadıxlının danışığının bu yerində əlaqə kəsildi. Telefona düşən səslərdən ayırd edə bildik ki, polislər buna mane oldular.

Qeyd edək ki, Əlövsət Sadıqlının digər oğlu Tural Sadıqlı hazırda Almaniyada yaşayır. O, orada yaşayan mühacirlərin yaratdığı ADDA təşkilatının sədridir.