Məhkəmə Y.Sadıqovun cəzanın çəkilməmiş hissəsindən azad edilməsi baradə ərizəsini təmin etməyib. Əsas kimi Cəzaçəkmə Müəssisəsinin məhkəməyə göndərdiyi “Y.Sadıqov peşmançılıq hissi keçirmir, əməyə meylli deyil, səhərdən axşama kimi kitab oxuyur. İslah olunmayıb” şəklində xarakteristikaya istinad edib.
Müsavatçı Siyasi Məhbusların Hüquqlarının Müdafiəsi Komitəsi bununla bağlı bəyanat verib.
“Qafqazinfo” həmin bəyanatı təqdim edir:
“Qaradağ rayon məhkəməsinin bu qərarı Beynəlxalq İnsan Haqları Təşkilatları tərəfindən vicdan məhbusu kimi tanınan Y.Sadıqov haqda əvvəlki sifarişli məhkəmə qərarlarının eyni qaydada davam etdirilməsinın növbəti sübutu olmaqla bərabər, həm də günahsız yerə həbs edilmiş “vicdan məhbusları”nın öz azadlıqlarına rejimdən aman diləmədən, ləyaqətləri ilə qovuşmasının qarşısının məhz rejimin siyasi iradəsi tərəfindən alındığı fikrini daha da möhkəmləndirir.
Müdafiə Komitəsi bəyan edir ki, siyasi motivlərlə həbs edildiyi və hakimiyyətin siyasi iradəsinə görə hələ də eyni əsaslarla həbsdə saxlanıldığı heç kimdə şübhə dogurmayan Y.Sadıqovun cəzanın çəkilməmiş hissəsindən azad edilməsi baradə ərizəsinin rədd edilməsi haqda Qaradag rayon məhkəməsinin əsaslandırılmayan qərar çıxarması Y.Sadıqov haqda verilmiş siyasi sifarişin inadla davam etdirilməsidir.
Müdafiə Komitəsi hakimiyyətdən Y.Sadıqovun və siyasi sifarişlə həbs edilmiş digər vicdan məhbuslarının dərhal azad edilməsini tələb edir”.
Son xəbərlər
Son Xəbərlər