Əhli-sünnə məzhəbində müsəlman kişinin əhli-kitabdan olan (yəhudi və xristian) qadınla evlənməsi icazəlidir.
"Qafqazinfo" islam.az-a istinadən xəbər verir ki, Şiə məzhəbində alimlərin məsələyə münasibəti fərqlidir. Keçmiş müctəhidlərin böyük əksəriyyəti müsəlman kişinin əhli-kitab qadınla daimi nikaha girməsini haram bilirdilər.
Son dövr müctəhidlərindən bir qismi əhli-kitab qadınla daimi evlənməyi qəti olaraq haram bilir (məsələn, Ayətullah Sistani). Bəzi alimlər bunu məkruh sayırlar (məsələn, Ayətullah Şübeyri Zəncani). Bəzi müctəhidlər isə bunu ehtiyata görə haram bilməklə yanaşı şərt qoyurlar ki, əgər kişinin bundan əvvəl müsəlman qadını varsa və əhli-kitabla evlənmək istəsə, öz müsəlman arvadından icazə almalıdır (məsələn, Ayətullah Vəhid Xorasani).
Son xəbərlər
Son Xəbərlər