”Qafqazinfo”nun Anspress-ə istinadən məlumatına görə, "FHM India" jurnalına çılpaq və yarıçılpaq poza verən aktrisanın fotoları böyük qalmaqala səbəb olub.
Qalmaqalın səbəbi Vina Malikin çılpaq şəkilləri yox, qolunda İSİ yazısıdır. Pakistanın kəşfiyyat və əks-kəşfiyyat xidmətinə məxsus İSİ yazısı Hindistanda yaşayan müsəlman aktrisanı çətin vəziyyətə salıb.
Aktrisa fotolara görə üzr istəsə də, qalmaqal səngimir. Hindistanlılar onu satqın və Pakistanın xeyrinə işləyən cəsus adlandırırlar. Məsələ o dərəcədə böyüyüb ki, hökumət işə əl qoyub. Hətta bəzi mənbələr Vina Malikin sorğu-sual olunduğunu da yazır.
Son xəbərlər
Son Xəbərlər