“Müsəlman qardaşlar”ının dörd liderinə ölüm hökmü

muselman-qardaslarinin-dord-liderine-olum-hokmu
Oxunma sayı: 1347


“Qafqazinfo” AzərTac-a istinadən xəbər verir ki, onlar 2013-cü ildə Qahirədə “Müsəlman qardaşlar”ın baş qərargahı qarşısında baş vermiş qanlı hadisələrə aidiyyəti olmaqda ittiham ediliblər. O vaxt ölkənin sabiq prezidenti Məhəmməd Mursinin tərəfdarları və əleyhdarları arasında toqquşma nəticəsində 9 nəfər həlak olub, 90-dan çox adam yaralanıb.

“Müsəlman qardaşlar”ın dini rəhbəri Məhəmməd Badia, onun müavini Heyrət əş-Şater və hərəkatın başqa yüksək vəzifəli üzvləri ömürlük həbs cəzası alıblar.