Müsəlman siyasətçidən Trampa cavab - “Sən nə vaxt öyrənəcəksən?”

muselman-siyasetciden-trampa-cavab
Oxunma sayı: 2195

ABŞ Konqresinin müsəlman üzvü İlhan Omarın onun istefasını tələb edən ABŞ prezidenti Donald Trampa cavabı gecikməyib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Omar Tvitterdə Ağ Ev rəhbərinə ismarıc yollayıb: “Bütün həyatın boyu yəhudilərə, müsəlmanlara, yerlilərə, mühacirlərə, qaradərili insanlara nifrət alış-verişi aşıladın. Mən sözlərimin təsir etdiyi insanlardan öyrəndim. Sən nə vaxt öyrənəcəksən?”.

Xatırladaq ki, anti-semitizm çıxışlarına görə tənqid olunan Omar daha sonra Amerika yəhudilərindən üzr istəmişdi.