“Qafqazinfo” BBC-yə istinadən xəbər verir ki, cümə axşamı qəzəblənmiş izdiham Naqalend ştatının paytaxtı Dimapur şəhərinin həbsxanasına soxulub, zorlamada şübhəli bilinən Farid Xanı tutub, paltarını soyundurub, döyüb və asıblar.
Dimapurda yüzlərlə polis patrul keşiyi çəkir, bazar günü şəhərdə komendant saatı tətbiq edilib.
Polis məlumatına görə, Farid Xan qonşu Assam ştatından Benqali dilində danışan ticarətçi müsəlman olub. O, yerli tayfa icmasından 19 yaşlı qızın bir neçə zorlanma halları ilə bağlı ittihamı ilə fevral ayında həbs olunub.
Cümə axşamı izdihamı dayandırmağa çalışan polis hətta atəş açıb və bir neçə adamı yaralayıb.
“İğtişaş törətməkdə və qeyri-qanuni toplantıda” şübhəli bilinən 18 nəfər həbs olunub. “Biz hazırda onların, izdiham içində olmasından başqa, onların linçləmədə bilavasitə iştirak edib-etmədiyini yoxlayırıq”, - France-Presse agentliyinə polis komandirlərindən biri Vabang Camir deyib.
Onun sözlərinə görə, polislər “sosial şəbəkələrdə yerləşdirilmiş video və fotoşəkillərdə daha çox adam tanıyıblar”.
Naqalend ştatında linçləmə hakimiyyət tərəfindən 2012-ci ildə Dehlidə tələbə qızın zorlanmasına həsr olunmuş BBC-nin “Hindistanın qızı” sənədli filminin qadağan edilməsi zamanı baş verib.
Naqlenddə həmçinin millətlərarası gərginlik faktoru mövcuddur. Yerli tayfaların Assam ştatı və Banqladeşdən olan Benqal mühacirlərə münasibəti qərəzsiz deyil.
Hindistanda məhkəməsiz cəzalandırma halları olub, lakin bu miqyasda nadir hallarda rast gəlir.
Son xəbərlər
Son Xəbərlər