“Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, Parisdə “Sakitlik” adlı sərgidə namaz qılmaq üçün nəzərdə tutulmuş xalçalar üstünə qadın ayaqqabıları düzülüb.
Məlumata görə, bu hadisə yerli müsəlmanlar icmasının etirazına səbəb olub və onlar hakimiyyətə bildiriblər ki, müsəlmanlara sözügedən xalçanın üstündə ayaqqabıda durmaq icazə verilmir. Həmçinin, icmanın üzvləri qeyd ediblər ki, art-obyektlərin sərgidən xaric olunmaması cəmiyyətdə yeni münaqişələrə səbəb ola bilər. Sərginin rəhbəri Zuleyxa Bubdellanın bildirdiyinə görə, sözügedən icmanın narahat olması və etiraz etməsi son zamanlarda “Charlie Hebdo” jurnalına edilən hücumla əlaqədardır.
Xatırladaq ki, 7-si yanvar 2015-ci ildə “Charlie Hebdo” satirik jurnalı Məhəmməd Peyğmbərin karikaturalarına görə hücuma məruz qalıb. Nəticədə, 12 nəfər dinc əhali və jurnalın baş redaktoru həlak olub.
Son xəbərlər
Son Xəbərlər