Ekologiya və Təbii Sərvətlər Nazirliyi və “Global Media Group”un təşkilatçılığı ilə Müşfiqabad qəsəbəsində ağacəkmə aksiyası keçirilib.
“Qafqazinfo” xəbər verir ki, “Global Media Group”, “Global Management” və Qrupa daxil olan digər şirkətlərin əməkdaşlarının, ETSN-nin, Medianın İnkişafı Agentliyinin nümayəndələrinin və ekokönüllülərin iştirakı ilə Müşfiqabad qəsəbəsinin 1 hektar ərazisində Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun Eldar şamı və zeytun ağacları əkilib.
“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilən ağacəkmə aksiyasının məqsədi ictimaiyyətin diqqətini ətraf mühitin sağlamlaşdırılmasına, yaşıllıqların bərpasına və artırılmasına yönəltmək, vətəndaşları ağac əkməyə təşviq etməklə təbiətə töhfə verməkdir.





Son xəbərlər
Son Xəbərlər