5 iyun 2016-cı il tarixində Mədəniyyətsünaslıq üzrə Elmi-Metodiki Mərkəzin, Yasamal rayonun İcra Hakimiyyətinin və Müşfiqsevər ziyalılarınn birgə təşkilatçılığı ilə ölməz şair Mikayıl Müşfiqin 108-ci illiyinə həsr olunmuş “Müşfiqin ürəyi yarpaqdan incə” adlı poeziya günü keçirilib.
"Qafqazinfo" xəbər verir ki, tədbiri ziyalı Müşfiqsevər ağsaqqal Adil Sadıxov açaraq sözü Yasamal rayon İcra Hakimiyyətinin başçısının humanitar məsələlər üzrə müavini Təravət Muradovaya verib. T.Muradova iştirakçıları salamlayıb belə gözəl bayramın təşkili üçün İcra başçısı İbrahim Mehdiyevə öz təşəkürlərini bildirib.
Tədbirdə Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəz tərəfindən iştirak edən Təbliğat və statistik araşdırmalar şöbəsinin müdiri M.Müşfiq və C.Cabbarlı mükafatı laureatı Sənan Talıbov çıxış edərək Mərkəzin rəhbərliyi adından bütün iştirakçıları salamlayaraq Mikayıl Müşfiqin həyat və yaradıcılığından bəhs edib.
Sonda əməkdar jurnalist, pedaqogika üzrə fəlsəfə doktoru Qafar Əsgərzadə, şairlər Oqtay Rza, Müşfiq Cabiroğlu, Vahab İsmayılzadə, alim Firudin Qurbansoy, professor Rafiq Sadıqov, “Cahan İdman Klubu” İctimayi Birliyinin sədri Elçin Eyvazov, rəssam Minayə Feyzullayeva, M.Müşfiq adına 18 saylı tam orta məktəbinin müəllimi Ənvər Səfərov və şagirdləri, aktyor Rasim Məmmədov, aşıq Aidə Gülgəz və xanəndə İnci Şırvanlı çıxış edərək Müşfiq poeziyasının tükənməz çeşməsindən bir birindən gözəl əsərlərini dinləndirərək poeziya gününə rəng qatıblar.
Tədbir Müşfiqin dünyaya göz açdığı Xızı rayonu Sayadlı kəndində davam edib.
Son xəbərlər
Son Xəbərlər