“Musica Viva” Bakıda çıxış etdi - Fotolar

musica-viva-bakida-cixis-etdi
Oxunma sayı: 887

Dekabrın 17-də Heydər Əliyev Mərkəzində “Musica Viva” Moskva Kamera Orkestrinin konserti keçirilib.

“Qafqazinfo” xəbər verir ki, orkestrin bədii rəhbəri və dirijor Aleksandr Rudin (violonçel), Aleksey Volodin (piano) və Andrey Yerşov (truba) konsertdə solist olaraq çıxış ediblər.

Konsert proqramında dünya klassik musiqisinin görkəmli nümayəndələri V.A.Motsart, İ.S.Bax, A.Arenski və D.Şostakoviçin əsərləri ifa olunub.

Dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin “Arazbarı” əsəri orkestrin ifasında tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb.