Ötən gün 58-ci “Grammy” mükafatlarının sahibləri elan olunub.
“Qafqazinfo”nun məlumatına görə, 83 kateqoriyada verilən və dünyanın ən nüfuzlu musiqi mükafatları arasında qəbul edilən "Grammy" mükafatları üçün Los-Angelesdəki Staples Centerdə bir mərasim təşkil edilib.
Gecədə “İlin albomu” nominasiyasının sahibəsi “1989”la Taylor Swift olub.
7 nominasiyada namizəd göstərilən Swift “ən yaxşı pop vokal albomu” və “ən yaxşı musiqi videosu” mükafatını qazanıb.

“İlin mahnısı” statusunu “Thinking Out Loud” ilə Ed Sheeran və Amy Wadge qazanarkən, “ən yaxşı yeni sənətçi” mükafatını isə 1993-ci il təvəllüdlü Meghan Trainor alıb.
Trainor mükafat çıxışında göz yaşlarını saxlaya bilməyərək ağlayıb.

Gecədə “Drones” albomuyla mükafat qazanan Muse isə 2-ci dəfə “ən yaxşı rok albomu” mükafatının sahibi olub.
Musiqi dünyasının ən böyük gecəsi olaraq qəbul edilən mərasimdə Adele, Rihanna, Kendrick Lamar, Justin Bieber və Lady Gaga səhnə alıb.
Gecədə “Alright”la “ən yaxşı rap mahnısı” mükafatını qazanan Kendrick Lamarın ifa etdiyi iki mahnı böyük alqış qazanıb.
Lady Gaga keçən ay vəfat edən məşhur ingilis sənətçi David Bowienin “Space oddity” adlı mahnısını oxuyub.

Los-Angelesdəki mərasimdə Don Henley, Bernie Leadon, Joe Walsh və Timothy B. Schmitdən ibarət olan “Eagles qrupu” yanvar ayında vəfat edən qrupun qurucusu və gitaristi “Glen Frey”i anıb, onun “Take It Easy” mahnısını səsləndiriblər.
Qeyd edək ki, məşhur “Grammy” mükafatları mərasimi 1957-ci ildən təşkil olunmağa başlayıb.














Son xəbərlər
Son Xəbərlər