“Qafqazinfo” xəbər verir ki, “Xütbə, Dua, Tufan” ideyasına uyğun olaraq seçilmiş bağlanış konsertində B.Furrer, B.Nilsson, A.Vustin, İ.Stravinski, İ.Hacıbəyov, J.Tavener, A.Şönberq və V.Lütoslavskinin “Enigma”, “Brief an Gösta Oswald”, “Credo”, “Agnus Dei”, “Veruyu”, “Stravinskinin xatirəsinə “Memorial”, “The lamb”, “A Survivor from Warsaw” və “ Trois poemes dHenri Michaux” əsərləri səsləndirilib.
Musiqiləri xalq artisti Rauf Abdullayevin bədii rəhbərliyi ilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət simfonik orkestri və Rusiyanın “Questa musica” ansamblı ifa edib. Orkestri və ansamblı dirijorlar Rauf Abdullayev, Filipp Çijevski və Fuad İbrahimov idarə ediblər.
Gecədə Yekaterina Kiçigina, Fəridə Məmmədova, Nadiya Zelyankova, Sergey Malinin və Andrey Kaplanov kimi solistlər çıxış ediblər.
Qeyd edək ki, beş gün davam edən festival çərçivəsində ustad dərsi, dünya və Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət konsertlər, mühazirələr, konfranslar keçirilib, multimedial opera nümayiş olunub.
Zənginliyi və müxtəlifliyi ilə seçilən Festival proqramı, Bakı auditoriyası üçün vokal janrının qeyri-adi imkanlarının nümayişi ilə, eyni zamanda yeni bəstəkar isimləri və yeni əsərlərlə tanışlıq baxımından yaddaqalan olub.
Son xəbərlər
Son Xəbərlər