Musiqi məktəbində Heydər Əliyevə həsr olunmuş tədbir keçirilib

musiqi-mektebinde-heyder-eliyeve-hesr-olunmus-tedbir-kecirilib
Oxunma sayı: 912

Nərimanov Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Leopold və Mstislav Rastropoviçlər adına 21 saylı uşaq musiqi məktəbində Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

"Qafqazinfo" xəbər verir ki, tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyəti başçısının müavini İradə Mahmudova bildirib ki, Heydər Əliyevin Azərbaycan dövlətinin, xalqının qarşısındakı xidmətlərinin miqyası genişdir, arxada qalan hər il bu xidmətlərdə yeni-yeni məqamların açıqlanmasına yardımçı olur.

Sonra Heydər Əliyevin həyat yolunu əks etdirən slaydlar nümayiş etdirilib. 

İstedadları ilə seçilən şagirdlər Rayon İcra Hakimiyyətinin Fəxri Fərmanları təltif edilib hədiyyələrlə mükafatlandırılıblar.

Tədbir bədii proqramla davam edib. Şagirdlərin ifasında şeirlər səslənib, konsert proqramı dinlənilib.