Musiqi məktəbinin direktoruna - Xəbərdarlıq

musiqi-mektebinin-direktoruna-
Oxunma sayı: 1463

Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin tabeliyində olan mədəniyyət müəssələrində əmək fəaliyyətinin iş prinsiplərinə uyğun səmərəli qurulması, nizam-intizam qaydalarına riayət edilməsi məqsədi ilə bağlı yoxlamalar davam edir.

Mədəniyyət və Turizm İdarəsindən "Qafqazinfo"ya daxil olan məlumata görə, yoxlama və araşdırmaların nəticələrinə əsaslanaraq, 24 nömrəli Onbirillik Musiqi Məktəbinin direktoru İsayeva Samirə Məmməd qızına və Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Məcidova Elmara Qəzənfər qızına yazılı xəbərdarlıq olunub. 

Həmçinin, 24 nömrəli Onbirillik Musiqi Məktəbinin tədris işləri üzrə direktor müavini Həsənova Rəna Zakir qızına və Binə qəsəbə Mədəniyyət Mərkəzinin direktoru Yaqubov Rüstəm Qüdrət oğluna töhmət verilib.