Musiqi məktəblərində kadr dəyişiklikləri

musiqi-mekteblerinde-kadr-deyisiklikleri
Oxunma sayı: 839

Bakı Şəhər Mədəniyyət və Turizm Idarəsinin əmrinə əsasən şəbəkəsinə daxil olan musiqi məktəblərində kadr dəyişiklikləri həyata keçirilib.

"Qafqazinfo" xəbər verir ki, R.Babayev adına 25 nömrəli onbirillik musiqi məktəbinin tədris işləri üzrə direktor müavini vəzifəsinə Bətulə Rəşid qızı Məmmədova, 30 nömrəli uşaq musiqi məktəbinin tədris işləri üzrə direktor müavini vəzifəsinə isə Fəxriyyə Hüseyn qızı Quliyeva təyin olunublar.