Musiqiçilərimiz beynəlxalq festivala gedirlər

musiqicilerimiz-beynelxalq-festivala-gedirler
Oxunma sayı: 792

Aprelin 4-də Ankarada 33-cü beynəlxalq musiqi festivalı keçiriləcək.

“Qafqazinfo” xəbər verir ki, festivalda 20 ölkədən 360-a yaxın sənətçi iştirak edəcək.

Festivalın bağlanış mərasimində dirijor, xalq artisti Rauf Abdullayevin rəhbərlik etdiyi Azərbaycan Dövlət simfonik orkestrinin müşayiəti ilə skripkaçı Toğrul Qəniyev və pianoçu Murad Adıgözəlzadə solist kimi çıxış edəcəklər.

Festival aprelin 30-dək davam edəcək.