Musiqili Teatr mövsümü başa vurdu

musiqili-teatr-movsumu-basa-vurdu
Oxunma sayı: 753


Teatrın direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev tədbirdə hesabat xarakterli çıxış edib: “Yekunlaşdırdığımız mövsüm boyu bir çox uğurlara imza atdıq. Bir sıra tədbirlər keçirtdik, yeni tamaşalar təhvil verdik. Xüsusilə I Avropa Oyunları zamanı ölkəmizə gəlmiş qonaqlara göstərdiyimiz xidmətlə fərqlənməyi bacardıq. Hər zaman olduğu kimi bu ildə teatrımızla tamaşaçılar arasında mövcud olan həmrəyliyi qoruyub saxlamaqla yanaşı, bir qədər də inkişaf etdirdik. 

Senytabrın 10-da 106-cı teatr mövsümünə start verəcəyik. Artıq biz indidən həmin açılış mərasiminə hazırlaşmağa başlamışıq. Bir çox yeni planlarımız, ideyalarımız var. İnanırıq ki, 106-cı mövsümdə yeniliklərimizlə, sürprizlərimizlə tamaşaçılarımızı sevindirə biləcəyik”, - deyə Əliqismət Lalayev bildirib.

Sıravi tamaşaçılarla yanaşı, möhtəbər qonaqların da qatıldığı mərasimin sonunda mövsümün son tamaşası – dahi Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” komediyası bir daha alqışlarla qarşılanıb.