Müslüm Gürsesin xanımı ağır vəziyyətdədir

muslum-gursesin-xanimi-agir-veziyyetdedir
Oxunma sayı: 1302

Mərhum müğənni Müslüm Gürsesin xanımı, aktrisa Muhterem Nurun həyatı təhlükə altındadır.

“Qafqazinfo” xəbər verir ki, 87 yaşlı film ulduzu 8 gündür reanimasiyadadır. Şəkər xəstəliyindən əziyyət M. Nura orqan çatışmazlığı diaqnozu qoyulub.

Bildirilir ki, “Yeşilçam”ın aktrisaları Türkan Şoray, Hülya Koçyiğit və Filiz Akın Muhterem Nuru ziyarət etmək istəsələr də, xəstəxanadan icazə verilməyib. Buna səbəb kimi infeksiya riskinin olduğunu göstəriblər.