“Müslüm Maqomayev haqqında tamamilə heç nə bilmirdim” - Video

muslum-maqomayev-haqqinda-tamamile-hec-ne-bilmirdim
Oxunma sayı: 3047

Rusiyanın “Birinci kanal”ında yayımlanan və SSRİ Xalq artisti Müslüm Maqomayevə həsr olunan serialda əfsanəvi artisti canlandıran serbiyalı aktyor Miloş Bikoviç “Veçerniy Urqant” verilişində qonaq olub.

O, rol üzərində necə çalışdığından danışıb. M.Bikoviç qeyd edib ki, o, əfsanəvi müğənninin obrazına Müslüm Maqomayevin həyat yoldaşı Tamara Sinyavskayanın onun aktyor sınaqlarını görəndən sonra təsdiqlənib. Serbiyalı aktyorun sözlərinə görə, onun ifaçıya bənzədilməsində qrim ustaları böyük rol oynayıblar.

"Veçerniy Urqant" verilişinin aparıcısı İvan Urqant və Miloş Bikoviç

M.Bikoviç danışıb ki, rola tam yiyələnmək üçün o, saçlarının rəngini belə dəyişib: “Müslüm Maqomayev haqqında tamamilə heç nə bilmirdim, mənə onun adını tələffüz etmək çətin idi. Çəkilişlərin başlamasından əvvəl onun haqqında çəkilən bütün sənədli filmlərə və onun müsahibələrinə baxdım, bütün mahnılarına qulaq asdım. O, böyük artistdir”.

Qeyd edək ki, martın 9-da Bakı vaxtı ilə saat 22:30-da start götürən serial 8 seriyadan ibarətdir.