Mustafa Cecelini yerli müğənnilərdən üstün tutdu - Gənc müğənnidən iddialı açıqlama

mustafa-cecelini-yerli-mugennilerden-ustun-tutdu
Oxunma sayı: 1204

Müğənni Vəfa Şərifova söz və musiqisi Tural Bayraməliyevə məxsus “Misafirim ol” mahnısına çəkilən klipinə təqdimat keçirib. 

"Qafqazinfo"nun məlumatına görə, Türkiyənin səsyazma studiyasında lentə yazılan mahnını Delee ləqəbi ilə tanınan Cavid Orucov ekranlaşdırıb.

Kollaj kadrlardan ibarət klipin sujet xətti yoxdur. İki gəncin ayrılığından bəhs edir.

Jurnalistlərin suallarını cavablandıran V.Şərifova bunları qeyd edib:

“Lirika ruhuma yaxındır. Eyni zamanda lirikada səs imkanlarımı göstərə bilmişəm. Növbəti mahnım ritmik janrda olacaq. Bu dəfə də Tural Bayraməliyevin mahnısına müraciət edəcəm. Həmin mahnının aranjimanı və səsyazma prosesi Türkiyədə nəzərdə tutulub”.

Yerli həmkarlarından söz açan Vəfa heç kimlə duet oxumaq istəmədiyini deyib:
 
“Kiminsə kölgəsində məşhurlaşmaq istəmirəm. Nə vaxtsa duet oxumaq istəsəm, bu yerli müğənnilərdən olmayacaq. Mustafa Ceceli ilə duet oxumaq istəyərəm”.

Qeyd edək ki, T.Bayraməliyev Türkiyədə olduğundan məkana mahnının adı həkk olunan böyük gül çələngi göndərərək, V.Şərifovanı təbrik edib.