Mustafa Cengiz 10 saatlıq əməliyyat keçirdi

mustafa-cengiz-10-saatliq-emeliyyat-kecirdi
Oxunma sayı: 1946

Səhhətində yaranan problemlər səbəbindən “Qalatasaray”ın xəstəxanaya yerləşdirilən prezidenti Mustafa Cengiz əməliyyat olunub.

“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, 10 saatlıq beyin əməliyyatı keçirən 70 yaşlı funksionerin vəziyyətinin yaxşı olduğu bildirilib. Klubdan verilən məlumata görə, hazırda o, reanimasiyadadır və bir müddət həkimlərin müşahidəsi altında qalacaq.

Xatırladaq ki, daha əvvəl Mustafa Cengizin bir neçə dəfə əməliyyat olunacağı bildirilmişdi.