Mustafa Cengiz dünyasını dəyişdi

mustafa-cengiz-dunyasini-deyisdi
Oxunma sayı: 4020

“Qalatasaray” klubunun 37-ci prezidenti Mustafa Cengiz dünyasını dəyişib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə klubun rəsmi Tvitter səhifəsində məlumat verilib. 

“ “Qalatasaray” klubunun 37-ci prezidenti Mustafa Cengizi itirdik. Allahdan ona rəhmət diləyir, ailəsinə, sevənlərinə və ictimaiyyətimizə başsağlığı veririk”.

Qeyd edək ki, “sarı-qırmızılar”a 2018-ci ildən rəhbərlik edən Mustafa Cengiz mədə xərçəngi diaqnozu ilə müalicə alırdı. Bu ilin sentyabrında səhhəti pisləşən Cengiz xəstəxanaya yerləşdirilmişdi.