Mustafa Şentop sabah Azərbaycana gələcək

mustafa-sentop-sabah-azerbaycana-gelecek
Oxunma sayı: 1968

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop sabah Azərbaycana gələcək.

“Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, türkiyəli spiker Azərbaycan-Türkiyə-Pakistan parlament sədrlərinin ilk toplantısına qatılacaq. Görüş zamanı "Bakı Bəyannaməsi"nin imzalanma mərasimi olacaq.

Toplantıdan əvvəl Şentop və digər spikerlər Prezident İlham Əliyev tərəfindən qəbul ediləcək. TBMM sədri ümummilli lider Heydər Əliyevin məzarını, Şəhidlər Xiyabanını, Bakı Türk Şəhidliyini ziyarət edəcək.

Mustafa Şentop iyulun 28-də xarici işlər naziri Ceyhun Bayramovla da görüşəcək.  O, Şuşa və Füzuli şəhərlərinə səfər etdikdən sonra Türkiyəyə qayıdacaq.