Müstəntiqə sui-qəsd

mustentiqe-sui-qesd
Oxunma sayı: 646

Yasamal rayon Prokurorluğundan verilən məlumata görə, Səbail Rayon Prokurorluğunun müstəntiqi Allahyar Əliyev istintaq cinayət işi üzrə izahat almaq məqsədilə adıçəkilən Karlar Cəmiyyətinin ofisinə gedib.

Burada prokurorluq işçisilə cəmiyyətin keçmiş direktoru Ayaz Məmmədov arasında mübahisə yaranıb və Ayaz Məmmədov qanunsuz gəzdirdiyi tapança ilə müstəntiqi öldürmək istəyib.

Lakin sonradan A.Məmmədov tutularaq Yasamal rayon Polis İdarəsinə təhvil verilib. Ondan hadisə zamanı istifadə etdiyi tapança və patronlar götürülüb.

Faktla bağlı araşdırma aparılır./anspress/