Müştəri kimi getdiyi obyektlərdə oğurluq edərkən kemaraya düşdü - Video

musteri-kimi-getdiyi-obyektlerde-ogurluq-ederken-kemaraya-dusdu
Oxunma sayı: 1900

Səbail rayonunda narkotacir və obyektlərdən nəzarətsiz qalan mobil telefonları oğurlayan şəxslər saxlanılıblar.

DİN Mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, narkotiklərin satışını həyata keçirən Samir Qurbanovun üzərinə baxış zamanı 5 qrama yaxın heroin aşkar olunub. O ifadəsində yaşadığı evin yaxınlığında zirzəmidə külli miqdarda narkotik vasitə gizlətdiyini də bildirib.

Həmin yerə baxış zamanı Samir Qurbanova məxsus əlavə 3 kiloqram 20 qram heroin aşkar edilərək götürülüb. O, ifadəsində narkotik vasitələri ölkə ərazinə qaçaqmalçılıq yolu ilə göndərən xarici ölkələrdən birinin vətəndaşından satmaq məqsədi ilə əldə etdiyini bildirib.

Digər bir əməliyyat zamanı isə rayon ərazisində yerləşən ictimai iaşə obyektlərində silsilə oğurluqlar edən Sumqayıt şəhər sakini Tahir Əhmədov saxlanılıb. Araşdırma zamanı onun müştəri kimi getdiyi obyektlərdə zərərçəkənlərin ani diqqətsizliyindən istifadə edərək onların mobil telefonlarını oğurladığı müəyyən edilib. Tahir Əhmədovun etdiyi oğurluqların bir neçəsi obyektlərin təhlükəsizlik kameraları vasitəsi ilə də lentə alınıb.