Müştərilərin “Akkord”da arayış əzabı

musterilerin-akkordda-arayis-ezabi
Oxunma sayı: 1440


 “Qafqazinfo”ya müraciət edən sakinlərin sözlərinə görə, ərazidə Mənzil İstismar Sahələri (MİS) olduğu halda sakinlərə oradan arayış verilmir. Sakinlər bildirirlər ki, onlara arayışı Akkord şirkətindən almaq lazım olduğu bildirilir: “Bir arayış üçün şəhərin mərkəzindəki “Akkord”un baş ofisinə getməli oluruq. Üstəlik özümüzlə bərabər evin sənədlərini,şəxsiyyət vəsiqəsini, nikah haqqında sənəd, uşaqların doğum haqqında şəhadətnaməsi və.s gətirmək tələb olunur. Bir arayış almaq üçün vətəndaş olduqca narahatlıq yaşayır.Ərazidə “jek” olduğu halda camaat nə üçün binanı tikən şirkətdən arayış almalıdır? “Jek”in isə şəhərcikdə qara işlər görməklə məğuldur. Gənclər şəhərciyində 29 bina və 5 minədək ev var və bu qədər sakin arayış üçün get-gələ düşür”.