Müştərisindən zorla 400 manat alan taksi sürücüsü saxlanılıb.
Daxili İşlər Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, Abşeron rayon sakini Mətləb Rüstəmov Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinə müraciət edərək bildirib ki, Badamdar qəsəbəsində yerləşən çay evlərindən birindən çıxaraq taksiyə əyləşib və həmin avtomobilin sürücüsü onu bıçaqla hədələnərək 400 manat pulunu alıb.
Cinayəti törətməkdə şübhəli bilinən əvvəllər dəfələrlə məhkum olunmuş Nemət Mamedov saxlanılıb.
Faktla bağlı Səbail RPİ-nin İstintaq Şöbəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Son xəbərlər
Son Xəbərlər