Müşviq Abbasov adına turnir keçirildi

musviq-abbasov-adina-turnir-kecirildi
Oxunma sayı: 1695

Şəhid Müşviq Abbasovun xatirəsinə həsr olunan “Qəbələ” İdman Klubunun açıq cüdo turniri keçirilib. “Qafqazinfo” xəbər verir ki, yarış “Sərhədçi” İdman Kompleksində baş tutub.

Turnirdə 2008-09-cü il təvəllüdlü cüdoçular qüvvəsini sınayıb. 

Açılış mərasimində “Qəbələ”nin prezidenti Fariz Nəcəfov çıxış edib. O, şəhidin döyüş yolundan danışıb. 

Tatami üzərinə Bakı və regionları təmsil edən 22 komandadan 167 cüdoçu çıxıb. Onlar 8 çəki dərəcəsində qalibləri müəyyənləşdiriblər.

Rauf Əsgərov (“Qəbələ” Bakı) 42 kq, Anar Quliyev (“Azəri Cüdo Klub”) 46 kq, Zeyd Ələsgərov (“Sərhədçi” İM) 50 kq, Ayxan Ələkbərov (“Azəri Cüdo Klub”) 55 kq, Vasif Səfərov (“Azəri Cüdo Klub”) 60 kq, Murad Rüstəmli (“Mərdəkan Cüdo Klub”) 66 kq, Cahandar Haqverdiyev (“Atilla” İKİB) 73 kq, Səid Hüseynov (“Qəbələ” Bakı) +73 kq çəkidə bütün rəqiblərinə qalib gəlib.