Mütəşəkkil dəstə tam zərərsizləşdirildi - - Bakıda

mutesekkil-deste-tam-zerersizlesdirildi-
Oxunma sayı: 1220


“Qafqazinfo”nun verdiyi xəbərə görə, bu ilin iyulun 26-da Bakı şəhər sakini Şəhla Əhmədovanın yaşadığı evdən 110 min manatlıq oğurluq edən dəstənin hər üç üzvü saxlanılıb. 

Dəstə üzvləri içərisində 40000 manat və 20000 ABŞ dolları, habelə 50000 manat dəyərində qızıl əşyalar olan seyfi oğurlayıblar.

Nərimanov RPİ 16-cı Polis Bölməsinin əməkdaşıları tərəfindən keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində dəstənin sonuncu üzvü Suraxanı rayon, Hövsan qəsəbə sakini, 1989-cu il təvəllüdlü Ağayev Vaqif Kamal oğlu dünən Nardaran kəndində saxlanılıb.

Bundan öncə Polis Bölməsinin əməkdaşları tərəfindən dəstənin digər iki üzvü, Tərtər rayon sakinləri Asəf Əliyev və əvvəllər məhkum olunan Tural Əzizov saxlanılıb.

Murad Əhməd

“Qafqazinfo”