Mutkonun taleyi bəlli oldu

Mutkonun taleyi bəlli oldu
Oxunma sayı: 1834

Rusiyanın Baş Nazirinin müavini vəzifəsini icra edən Vitali Mutko hökumətin yeni tərkibində yer almayacaq.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “RBK” nəşri məlumat yayıb.

Daha əvvəl Mutko Dmitri Medvedev hökumətinin istefası qərarını şərh edərək bu qərarın hökumətin ona verilən tapşırıqları yerinə yetirə bilməməsi ilə hər hansı əlaqəsi olmadığını bildirmişdi. Bundan başqa o, bu qərarı Prezident Vladimir Putinin Federal Məclisə müraciətindəki dəyişikliklər tələbi ilə əlaqələndirib.

Qeyd edək ki, Medvedev yanvarın 15-də hökumətin tam tərkibdə istefasını elan edib.

Mutko 2018-ci ilin mayından etibarən hökumətdə Baş Nazirin infrastruktur üzrə müavini postunu tutur.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi