Müvəqqəti Prezidentin bu fərmanı narazılıqla qarşılandı

muveqqeti-prezidentin-bu-fermani-naraziliqla-qarsilandi
Oxunma sayı: 1684

Evo Moralesin istefasından sonra Boliviyada hakimiyyətə gələn müvəqqəti Prezident Janin Anyesin hökuməti tərəfindən ifadə azadlığı ilə bağlı qəbul olunan yeni qanuna görə bir sıra məhdudiyyətlər tətbiq olunacaq.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Boliviyanın Prezident Administrasiyasının rəsmi nümayəndəsi Yerko Nunyes açıqlama verib. Bildirilib ki, bu qərar istənilən növ məlumatın ictimai sağlamlıq üçün təhlükəli hesab olunmasına və bu məlumatları yayanların cinayət məsuliyyətinə cəlb olunmasına imkan verir.

“Prezident fərmanı xüsusən də jurnalistlərə aid olmaqla heç bir şəkildə söz azadlığına zidd deyil”, - deyə Nunyes qeyd edib. O bildirib ki, bu qanuna görə yalan məlumat yayan və bunda siyasi maraqları olan vətəndaşlar narahat olmalıdırlar.

Müvəqqəti Prezident Janin Anyesin fərmanı həm ölkə daxilində, həm də beynəlxalq təşkilatlar tərəfindən kəskin tənqid olunub.