Müvəqqəti saxlama yerlərində təmirə başlanacaq

muveqqeti-saxlama-yerlerinde-temire-baslanacaq
Oxunma sayı: 1556


“Qafqazinfo” xəbər verir ki, bunu AzNews.az-a açıqlamasında Ombudsman Aparatının İşgəncələrin qarşısının alınması şöbəsinin müdiri və Milli Preventiv Qrupunun rəhbəri Vüqar Məhərrəmov bildirib. Onun sözlərinə görə, Daxili İşlər Nazirliyinin müvəqqəti saxlama yerlərinin əksəriyyəti müasir standartlara cavab versə də, bəziləri təmir olunmalıdır: “Müvəqqəti saxlama yerlərinin 90 faizə yaxını təmirlidir, amma bir neçəsi var ki, onların təmirə ehtiyacı var. Bununla bağlı yaxın vaxtlarda bir neçə yerdə təmir işlərinə başlanacaq".