Müxalifət Ermənistandakı spiker seçkisini tanımır

muxalifet-ermenistandaki-spiker-seckisini-tanimir
Oxunma sayı: 1452

Ermənistan parlamentində etirazlar səngimir.

“Qafqazinfo” “Aysor.am”a istinadən xəbər verir ki, “Ermənistan” və “Şərəfim var” müxalif parlament fraksiyaları Konstitusiya məhkəməsinə müraciət edəcəklər.

Məlumata əsasən, fraksiyalar dünən parlamentdə sədrin seçilməsi ilə bağlı keçirilən seçki prosesinin nəticələrinin etibarsız olaraq qəbul edilməsini tələb edirlər. 

“Ermənistan” fraksiyasını üzvü Arçvik Minasyan parlamentin iclasında bildirib ki, parlamentin sədri vəzifəsinə namizədliyini sürən və hazırda həbsdə olan millət vəkilləri Mxitar Zakaryan və Artur Sarkisyan seçki prosesində iştirak etmək şansına malik olmadıqlarından sədr seçimi qanunsuzdur. 

O qeyd edib ki, millət vəkillərinin toxunulmazlığı olduğunu nəzərə alaraq onların həbsi qanunsuzdur. 

Qeyd edək ki, hakim “Vətəndaş müqaviləsi” partiyasının üzvü olan Alen Simonyan Ermənistan Parlamentinin sədri seçilib.