Müxalifət lideri prezident seçkilərində Ərdoğanı dəstəkləyəcək

muxalifet-lideri-prezident-seckilerinde-erdogani-destekleyecek
Oxunma sayı: 1699

Türkiyənin müxalifət Milliyyətçi Hərəkat Partiyasının lideri Dövlət Bağçalı 2019-cu ildə keçiriləcək prezident seçkilərinə namizəd irəli sürməyəcəyini açıqlayıb.

“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, Bağçalı gələn il baş tutacaq seçkilərdə hazırki prezident Rəcəb Tayyip Ərdoğanı dəstəkləyəcəyini bildirib.

Onun sözlərinə görə, MHP və AK hakim partiyası seçkilərdə ittifaq yarada bilərlər.