Müxalifət liderinə ömürlük həbs verildi

muxalifet-liderine-omurluk-hebs-verildi
Oxunma sayı: 1791

Bəhreyndə 2016-cı ildə qadağan edilən Əl-Vifaq Hərəkatının baş katibi Əli Salman ömürlük həbsə məhkum edilib.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, Əli Salman “Qətərə casusluqda” ittiham olunur. 2014-cü ildə “güc tətbiq edərək siyasi rejimi dəyişməyə təşviq etmə” maddəsi üzrə 4 il həbsə məhkum edilən müxalif lider 2018-ci ildə məhkəmə qərarı ilə bəraət almışdı. Ancaq ötən ilin noyabrında Ali Məhkəmə Salmanın işinə yenidən baxaraq onu casusluqda günahlandırıb.

Əli Salmanın apellyasiya şikayəti təmin olunmayıb.