“Qafqazinfo” xəbər verir ki, tədbiri açan MSDM-nin rəhbəri İsa Qəmbər bildirib ki, seçki məsələsi ümummilli məsələdir, Azərbaycanın təhlükəsizliyinə zərər yetirəcək bir addımdır:” Parlament seçkiləri məsələsi gündəmə gəlib. Hələlik bu tədbirdə mərkəzin mövqeyini deyil, demokratik düşərgənin mövqeyini müzakirə edək. Düşünürəm ki, parlament seçkiləri mövzusunu akltuallaşdırmaq, cəmiyyəti bu məsləyə cəlb etmək üçün addımlar ata bilərik. Hesab edirəm ki, ciddi siyasi qüvvələr parlament seçkilərində iştiraka hazırlaşmalıdır. Bu hərtərəfli fəaliyyət tələb edən məsələdir. Seçkidən imtina isə bir günün içində də verilə bilər. İslahatlar məsələsini qabartmalıyıq. Qanunvercilik də və Seki Məcəlləsində köklü dəyişikliyə ehtiyac var.
Proporsional seçki sisteminin bərpasına ehtiyac var. Seçkidə iştirak edəcək insanlara bərabər imkanlar yaradılmalıdır. Bizim əvvəlki seçkilərdə bir yanaşmamız var, onu dəyişməliyik. Ciddi dəyişikliklər baş verməsə də, əksəriyyət seçkilərdə iştirak edirdi. Biz mövqeyimizi ortaya qoymalıyıq ki, seçkidə iştirakın tərəfdarıyıq. 2005-2010 seçkilərinə yanaşmalarımızda redaktəyə ehiyac görürəm. Seçki ərəfəsində müəyyən bloklar yaranır, müəyyən uğurlar əldə olunur. Cəmiyyət siyasi qüvvələrin birləşib ayrılmasından yorulub. Ciddi funksional əməkdaşlığı yaratmalıyıq. Bu mərhələdə beynəlxalq təşkilatlara ciddi işə ehtiyac var. Düzdür, beynəlxalq əşkilatların inam qalmayıb. Beynəlxalq təşkilatladan öz missiyasına uyğun əməl etməyi tələb etməliyik. Bu ilki seçkilərdə fəaliyyətimiz Milli Məclisdə yer qazanmaq məsələsinə konsentrasiya olunmamalıdır. Biz parlamentdə demokratik düşərgənin ciddi fraksiyasının yaranmasını istəyirik. Bizim hədəfimiz ey ni zamanda cəmiyyətin fəallaşması olmalıdır.
Son seçkilər göstərir ki, seçkidə az sayda insan iştirak edir. Onları inandırmalıyıq ki, ölkədə vəziyyəti dəyişməyin yolu seçkidə iştirakdan gedir”.
REAL İdarə Heyətinin üzvü Natiq Cəfərli bildirib ki, tək seçici aktivliyini təmin etməklə qələbə qazanmaq mükün deyil:” Biz düşünməliyik ki, daha nə çatışmır ki, qələbələr rəsmiləşsin. Biz hədəf götürməli deyilik ki, 80 faiz adam seçkiyə cəlb olunsun və bu heç lazım da deyil. Amma sonrakı addımları da düşünmək lazımdır. İnsanları inandırmaq lazımdır. Avropa Oyunlarını yaddan çıxarmaq olmaz. Bu fürsətlər pəncərəsi açacaq. 52 televiziya kanalı qeydiyyatdan keçib. 600-yə yaxın media nümayəndəsini gələcək. O gələn jurnalistlərlə işləmək üçün qruplar yaradılmalıdır. Mesajları xalqa mifik olaraq vermək olmaz. Tək demokatiya vəd etmək düzgün deyil. Sistemin dəyişməsinin seçicilərə gətirəcəyi üstünlüklər barədə onlara məlumat verilməlidir".
***
Müsavat başqanı Arif Hacılı Azərbaycanda seçki atmosferi yaratmağa nail olmağın vacibliyindən danışıb və MSDM-nin tədbirini də yüksək qiymətləndirib:”Siyasi spektrin mühüm bir hissəsinin nümayəndələrinin bu tədbirdə iştirak etməsi seçkilərə marağın olmasının təzahürüdür. Biz 2015- ci ilin parlament seçkilərinə xüsusi önəm veririk. Seçkilərin boykot edilməsini səmərəli addım hesab etmirik. Biz status kvonun dəyişməsinə nail ola bilərik. Siyasi şərait dəyişmədən hakimiyyət könüllü olaraq islahatlara getməyəcək. Müsavat Partiyası bir sıra siyasi partiyalarla görüş keçirib. Qarabağ Bloku , AXP, AXCP sədri, KXCP sədri ilə görüşlərimiz olub. REAL İH-dan müəyyən görüşlər keçirmək üçün təşəbbüslər olar . NİDA-çılarla da görüşmək niyyətimiz var. Mart ayından etibarən kütləvi aksiyalara başlamaq niyyətindəyik. Cəmiyyətin diqqətini cəlb etmək üçün vacib amillərdən biri də aksiyalar keçirməkdir”.
***
Politoloq Zəfər Quliyev deyib ki, ildən-ilə müxalifəti dəstəkləyənlərin sayı azalır, müxalifət zəifləyir:” Zəif müxalifət heç boykot da edə bilməz. Çalışmaq lazımdır ki, cəmiyyətin müxalifətə inamı bərpa olunsun. Müxalifətə inam tək seçki prosesində deyil, sonradan müxalifət arasında olan qarşıdurmalarda, ittihamlarda da görmək lazımdır”.
Günel Türksoy