Müxalifət mitinqləri təxirə saldı

muxalifet-mitinqleri-texire-saldi
Oxunma sayı: 643

Bu barədə “Ədalət seçkilər naminə” aksiyalarının təşkilatçılarından biri Sergey Udalçov “İnterfaks”a məlumat verib. Udalçov deyib ki, mitinqin təxirə salınmasına səbəb Moskva meri ilə razılığın əldə edilməməsidir. “Bu iki mitinqlə bağlı razılığın əldə edilməsi üçün mümkün müddət artıq bitib. Meriya mitinqlərin Arbat meydanında keçirilməsinə razılıq vermədi və bizi qane etməyən başqa variantlar təklif etdi”, - deyə Udalçov bildirib. Onun sözlərinə görə, “Ədalət seçkilər naminə” hərəkatının təşkilat komitəsi bu səbəbdən qərara gəlib ki, 8-9 mart mitinqləri keçirilməsin, əvəzidə bütün diqqət 10 mart yürüşünün təşkilinə yönəldilsin.

Rusiya müxalifəti 8-9 mart mitinqlərinin keçirilməsi üçün Moskva meriyasına fevralın 24-də müraciət edib. Müxalifət “Arbat” meydanını istəyib, meriya isə “Bolotnaya” və ya “Poklonnaya” meydanlarını təkilf edib.

Müxalifət martın 10-da “Poklonnaya”dan “Yeni Arbat”a qədər yürüş-mitinq üçün də meriaya müraciət edib. Ancaq meriya “Kutuzov” prospektindən “Frunze” meydanına marşrutunu təklif edib.

azadliq.info