Paşinyanın iqamətgahı qarşısında toqquşmalar - Foto+Video+Yenilənib

pasinyanin-iqametgahi-qarsisinda-toqqusmalar
Oxunma sayı: 2627

Ermənistanın müxalif “Vətənin qurtuluşu hərəkatı” və tərəfdarları Baş nazir Nikol Paşinyanın hökumət bağı qarşısında etiraz aksiyası keçirib.

“Qafqazinfo” erməni KİV-nə istinadən xəbər verir ki, aksiya Paşinyanın Sünikə (Zəngəzur) səfərinə cavab olaraq təşkil edilib. 

Qeyd edək ki, aksiyalar davam edərkən Paşinyanın korteji hökumət bağına gəlib. Müxalifətçilər onun avtomobilini görən kimi siqnal verərək etirazlarını bildiriblər. Bundan başqa etirazçılar asfalta yumurtalar atıblar. 

***

Etirazçılarla polis arasında toqquşmalar baş verib. Buna səbəb mitinqçilərin hökumət bağı istiqamətində yumurtalar atması olub.