Müxalifət Putinin dəvətini müzakirə edəcək

muxalifet-putinin-devetini-muzakire-edecek
Oxunma sayı: 1152


”Qafqazinfo”nun Anspress-ə istinadən verdiyi məlumata görə, Rusiya Suriya müxalifətinin 28 liderini danışıqlar aparmaq üçün Moskvaya dəvət edib. Onlar arasında Suriya Milli Koalisiyasının lideri Hadi al-Bahra, koalisiyanın iki keçmiş lideri əl-Xatib və Sida da var.

Moskvada keçirilən görüşün yanvarın sonlarında keçiriləcəyi gözlənilir. 

Dəvətlilər arasında olan Suriya prezidenti Bəşər Əsəd höküməti ilkin danışıqlarda iştirak edəcəyini açıqlayıb. 

Suriyada 2011-ci ildə vətəndaş müharibəsi başlanandan 200 min adam ölüb.