“Müxalifətçi gənclər şadyanalıq edir” – - Rauf Mərdiyev

muxalifetci-gencler-sadyanaliq-edir-
Oxunma sayı: 2994


“Qafqazinfo” xəbər verir ki, bu sözləri “İrəli” ictimai birliyinin sədri Rauf Mərdiyev Hafta.az-a verdiyi açıqlamada deyib. O, ofisin yerinin dəyişməsinin təşkilatın fəaliyyətinin genişlənməsi, layihələrin böyüməsi ilə əlaqədar olub: “Hal-hazırda bu bizim artıq beşinci ünvanımızdır ki, dəyişirik. Yeni ünvanımız şəhərin mərkəzində, Fəvvarələr meydanı adlanan əraziyə yaxın yerdə olacaq”.

Birliyin sədri bildirib ki, onlar öz fəaliyyətlərinə əvvəlki qaydada davam edirlər: “İrəli” yenə də əvvəlki qaydada öz fəaliyyətinə davam edir. Biz Azərbaycan gəncliyinin inkişafı, cənab prezidentimizin gənclər siyasətinə dəstək olmağa davam edirik. Ola bilər ki, ofisimizin dəyişdirilməsi kimi texniki məsələlər fəaliyyətimizə kiçik də olsa təsir etsin. Lakin biz çalışacağıq ki, qısa zaman çərçivəsində hər bir işi qaydasına salaq”. 

Rauf Mərdiyev “İrəli”nin bağlanması ilə bağlı yayılan dezinformasiyaya fikir bildirərək vurğuladı: “Sosial şəbəkələrdə müxalifətçi gənclər bu xəbəri paylaşaraq kütləvi olaraq şadyanalıq edirdilər. Bunun səbəbini anlaya bilmirik. Çünki heç kim bunu dana bilməz ki, “İrəli” Azərbaycan gəncləri üçün çox böyük işlər görüb. Gənclərə özlərini ifadə etmək üçün şəraitlər yaradıb, yaradıcı gənclərə dəstək olub. Eyni zamanda, danılmaz faktdır ki, bizim bir sıra layihələrimiz nəticəsində yüzlərlə gəncimiz müxtəlif sahələrdə maarifləniblər. Azərbaycanın həqiqətlərini dünyaya təbliğ edib, ulu öndərin siyasətini dəstəkləyib, hər zaman dövlətçilik üçün çalışmışıq. Bu baxımdan sevinənlərə təəssüf edirik. Son olaraq demək istəyirəm ki, “İrəli” bağlanmayıb, öz fəaliyyətinə əvvəlki qaydada davam edir”.