Müxalifətdən Siyavuş Novruzovun ittihamına- - cavab

muxalifetden-siyavus-novruzovun-ittihamina-
Oxunma sayı: 1445


“Qafqazinfo” xəbər verir ki, YAP funksionerini bu ittihamına Ümid Partiyası Mətbuat xidmətinin rəhbəri Elman Abbasov cavab verib.

Siyavuş müəllimin kimin elmi, fundamental əsaslarının olmamasını nə ilə ölçdüyünü deyə bilmərik, amma bircə onu deyə bilərik ki, Siyavuş müəllim oxumaya bilər, informasiyası da az ola bilər. Bizi təəccübləndirən odur ki, millət vəkili təmsil etdiyi parlamentdə ya iştirak etmir, ya çıxışları, təklifləri dinləmir və ya eşitdiklərini görməməzlikdən gəlir. Əgər bu cür olmasaydı yəqin ki, xəbəri olardı ki, Ümid Partiyasının sədri İqbal Ağazadə dəfələrlə müxtəlif sahələrlə bağlı məsələ qaldırıb və təkliflər verib. Məsələn, dəfələrlə İqbal Ağazadə Seçki Məcəlləsinə, Sərbəst Toplaşmaq Azadlığı haqqında Qanuna , Siyasi Partiyalar Haqqında Qanuna, Təhsil Qanununa, İpoteka haqqında qanuna, çadır şəhərciklərin ləğvi ilə bağlı məsləyə, bələdiyyələrin statusu ilə bağlı məsələyə, ölkənin milli təhlükəsizliyi ilə bağlı qanunlara əlavə və təkliflər verib, ya da yeni layihə ilə çıxış edib. O, cümlədən İqbal Ağazadə ailə həkmi institutunun yaradılması, işğal olunmuş torpaqlarda qeyri-qanuni sialahlı qruplaşmaların təlim keçdiyi və narkotik maddələrin yetişdirilməsi ( İnformasiya müharibəsini necə udmalı konsepsiyası) və bir sıra başqa təkliflərlə çıxış edib. Habelə İqbal Ağazadə sizin son dövrlər gündəmə gətirdiyiniz maliyyə amnistiyası ilə bağlı təkliflə də çıxış edərək, bunun barış və dialoq gətirəcəyini, o cümlədən şəffaflığa dayanan iqtisadi münasibətlər yaradacağını qeyd etmişdi.

Bunlara nəzər salmaq üçün Siyavuş müəllim parlamentin iclaslarının stenoqramını və ya Azərbaycanın mətbuat arxivinə baxa bilər.

Eyni zamanda YAP funksionerinin nəzərinə çatdırırıq ki, son prezident seçkisində namizəd İqbal Ağazadə YAP namizədindən fərqli olaraq bütün sahələrə yönəlik mükəmməl platforma ilə çıxış edib. Bəs bunlar təklif deyilmi?