Müxalifətə qərargah üçün yer verilmədi

muxalifete-qerargah-ucun-yer-verilmedi
Oxunma sayı: 645

Ermənistan Ümummilli Hərəkatı Partiyasının İdarə Heyətinin sədri, birmandatlı 4 saylı seçki məntəqəsindən deputatlığa namizədliyini irəli sürmüş Aram Manukyan “Azatutyun” radiostansiyasına müsahibəsində deyib ki, hazırda onun bu seçki dairəsində heç bir qərargahı yoxdur. Bu barədə Trend “Armenya Today”ə istinadən yazır.

“Artıq bir aydır ki, mən bina axtarıram. Eləcə də internetdə bununla bağlı 30 elan yerləşdirmişəm. Adamlar əvvəlcə razılaşırlar. Lakin bir gündən sonra gəlirsən, razılaşırsan, soruşurlar ki, nə üçün və kim (icarəyə götürmək istəyir), sonra şikayət etməyə başlayırlar ki, onlara mane olurlar, icazə vermirlər, əgər onlar buna razılaşsalar, onlara nəsə edəcəklər. Və nəticədə bizim binamız yoxdur”, - Manukyan deyib.

Deputatlığa namizədin sözlərinə görə, bina sahibləri imtinalarının səbəbini gizlətmirlər. “Onlar, üstəlik, kimin mane olduğunu da deyirlər. Onların vergidən, prefekturadan və polisdən olduğunu deyirlər. Adamlar sadəcə səmimi etiraf edirlər ki, nəyə görə binanı icarəyə verə bilmirlər”, - o qeyd edib.

Beləliklə, Aram Manukyanın fikrincə, hakimiyyət mübarizə metodlarını dəyişib. “Açıq metod gizli şəraitə keçirilib, indi onlar qapalı, gizli metodlarla mübarizə aparırlar. Bilmirəm, onlar nə üçün mənim qərargahımın olmasından bu cür qorxurlar? Düzünü desəm, qorxmağı düzgün edirlər, lakin bunun bu dərəcədə olacağını mən təsəvvür etmirdim”, - müxalifətyönlü namizəd deyib.

Buna baxmayaraq, Manukyan əmindir ki, bu, onun seçkiqabağı kampaniyasının gedişinə təsir etməyəcək. “Adamlar məni tanıyırlar, mənim görüşlər keçirmək imkanım var, evlərə gedəcəyəm və hamı ilə görüşəcəyəm, küçədə, çadırda qərargah düzəldəcəyəm, bu problem deyil”, - o vəd edib.