Bu barədə “Qafqazinfo” qurumun mətbuat xidmətinin rəhbəri Oqtay Gülalıyev məlumat verib. O bildirib ki, hazırda BŞİH-nin qərarı Milli Şuranın Koordinasiya Mərkəzində müzakirə olunur: “Onlar bizə mitinqi mayın 2- də keçirməyi məsləhət bilirlər. Qeyd edirlər ki, ayın 3- də Məhsul Stadionunda başqa bir tədbir keçiriləcək. Amma çox güman ki, MŞ bu təkliflə razılaşmayacaq. Cünki bu “Sərbəst toplaşmaq azadlığı haqqında” qanunun tələbələrinə ziddir”.
Qeyd edək ki, Milli Şura mayın 3-də Milli Şura Məhsul stadionunda “Talana son” şüarı ilə mitinq keçirməyi planlaşdırmışdı.
Günel Türksoy
Son xəbərlər
Son Xəbərlər