"Qafqazinfo" xəbər verir ki, prezident İlham Əliyevin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov ikitərəfli görüş başa çatandan sonra jurnalistlərə nəticələrlə bağlı açıqlama verib. O bildirib ki, iki saat yarım davam edən görüş məhsuldar olub:
"Partiya sədrlərinə imkan yaratdıq ki, təkcə müzakirəyə çıxarılacaq məsələ ilə yanaşı onları narahat edən digər cari məsələlər də müzakirə edilsin. Görüşdə Avropa Oyunları və siyasi partiya liderlərinin keçən görüşdən qaldırdıqları məsələlər, o cümlədən bir qrup məhbusun azad edilməsi təklifinə də toxunulub və prezidentin bununla bağlı əfvi üçün təkrar müraciətlər edilib".
Əli Həsənovun sözlərinə görə, partiya liderləri ilə həmçinin partiyaların qərargah problemi, sosial problemlərdən tutmuş bank kreditlərinə qədər məsələlər müzakirə edilib:
“Belə bir ortaq qərara gəldik ki, Avropa Oyunları Azərbaycan xalqına və dövlətinə lazımdır. Bu tədbir bizə mədəniyyətimizi, milli mənəvi dəyərlərimizi, yaşam tərzimizi, tolerantlığımızı bütün dünyaya çatdırmağa yardım edəcək. Yay Avropa Oyunları imkan verəcək ki, Azərbaycan özünün idman resurslarını artırsın və gələcəkdə daha yüksək olimpiya oyunlarına ev sahibliyi iddialarını ortaya qoysun. Bu görüşün alternativi yoxdur”.
Ə. Həsənov həmçinin Müsavatın görüşdə iştirak etməməsinə də toxunub:
"Onların imkanı var idi ki, cari məsələlər bölümündə öz təkliflərini qaldırsınlar".
Səidə
Son xəbərlər
Son Xəbərlər