Müxbirini zorlayan baş redaktorun adı bilindi

muxbirini-zorlayan-bas-redaktorun-adi-bilindi
Oxunma sayı: 7181


“Qafqazinfo” xəbər verir ki, hüquq-mühafizə orqanlarından Teleqraf.com-a verilən məlumata görə, zorlama hadisəsi “Mizan Tərəzi” qəzetinin redaksiyasında baş verib. 

Aprelin 18-də Binəqədi rayon Polis İdarəsinin 5-ci bölməsinə müraciət edən  25 yaşlı xanım jurnalist zorlandığını bildirib. O, qəzetin redaksiyasında  işlədiyi redaksiyanın baş redaktoru Azər Əliyev tərəfindən zorlandığını deyib. Zorlama faktı ilə bağlı 5-ci polis bölməsində araşdırma aparılır. 

İddia olunur ki, baş verən hadisə redaksiyada xanımla qəzet rəhbərliyi arasında olan narazılıqdan doğan münasibətlərdən qaynaqlanan şər-böhtan da ola bilər.

Baş verən hadisələr aparılacaq təhqiqat araşdırmasının sonunda məlum olacaq.