Muxtar Babayev belaruslu rejissorla görüşdü

muxtar-babayev-belaruslu-rejissorla-gorusdu
Oxunma sayı: 1207

Ekologiya və Təbii Sərvətlər Nazirliyində naziri Muxtar Babayevlə Belarusun “Aves” kinostudiyasının rəhbəri, rejissor İqor Bışnyov arasında görüş keçirilib.

“Qafqazinfo” xəbər verir ki, görüş zamanı M.Babayev belaruslu qonağa Azərbaycanın milli parkları barədə çəkdiyi yüksək keyfiyyətli sənədli filmlərə görə təşəkkür edib.

Bu işin təşkilində IDEA İctimai Birliyinin rəhbəri Leyla Əliyevanın böyük zəhməti xüsusi qeyd olunub.

Görüşdə Azərbaycan təbiətinin tərənnümü ilə bağlı gələcək əməkdaşlıq planları müzakirə edilib.