Muxtar Babayev Biləsuvarda qəbul keçirdi - Foto

muxtar-babayev-bilesuvarda-qebul-kecirdi
Oxunma sayı: 1134

Avqustun 19-u ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Biləsuvar şəhərində yerləşən Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib.

“Qafqazinfo” xəbər verir ki, qəbuldan əvvəl nazir və Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyub, dahi şəxsiyyətin əziz xatirəsinə dərin ehtiramlarını bildiriblər.

Görüş zamanı ətraf mühitin mühafizəsi, meşələrin qorunması, biomüxtəliflik, işlə təmin olunma və digər məsələlərlə bağlı vətəndaşların müraciətləri dinlənilib.

Qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb, digərlərinin isə araşdırılaraq zəruri tədbirlərin görülməsi barədə nazirliyin məsul işçilərinə müvafiq tapşırıqlar verilib.