Muxtar Babayev Göygöldə vətəndaşları qəbul etdi - Fotolar

muxtar-babayev-goygolde-vetendaslari-qebul-etdi
Oxunma sayı: 1423

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən, mayın 19-da ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Göygöl rayon Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib.

Ekologiya və Təbii Sərvətər Nazirliyindən (ETSN) “Qafqazinfo”ya verilən məlumata görə, görüş zamanı ətraf mühitin mühafizəsi, meşələrin qorunması, mineral xammal, biomüxtəliflik, işlə təmin olunma və digər məsələlərlə bağlı vətəndaşların müraciətləri dinlənilib.

Qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb, digərlərinin isə araşdırılaraq zəruri tədbirlərin görülməsi barədə Nazirliyin məsul işçilərinə müvafiq tapşırıqlar verilib.

Vətəndaşlar bölgə sakinlərinin qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını bildirərək, onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.